Azərbaycan Dəmir Yolları QSC Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı relsdən çıxması ilə bağlı rəsmi məlumat yayıb.
Qurumdan Publika.az-a bildirilıib ki, 16 iyul tarixində səhər saatlarında Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxmış Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon dünən saat 22.00 radələrində rels üzərinə qaldırılıb və həmin istiqamətdə qatarların hərəkəti normal qrafik üzrə tam təmin olunub.
"Azərbaycan Dəmir Yolları QSC-nin infrastruktur və hərəkətin təhlükəsizliyi departamentlərinin birgə operativ fəaliyyəti nəticəsində sözügedən sahədə yol təsərrüfatında müvafiq tənzimləmə işləri görülüb, yük vaqonlarının təyinatı üzrə yola salınması üçün hazırlıq işləri tamamlanıb”, - məlumatda qeyd olunub.