02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

İsrail xüsusi təyinatlıları "Hizbullah" üzvünü oğurladı

02 noy 2024 21:00
GÜNDƏM
ads
Advertisement

İsrailin dəniz xüsusi təyinatlı qrupu Livanın şimalında yerləşən Batrun şəhərinin sahilində əməliyyat keçirib.

QÜTB.AZ xəbər verir ki, İsrailin bu əməliyyatı barədə “Al Hadath” televiziya kanalı məlumat yayıb.

Məlumata görə, əməlliyyat zamanı “Hizbullah”ın üzvü oğurlanıb. Oğurlanan livanlı İmad Amhaz sürətli katerlə aparılıb.

Livanın ictimai işlər və nəqliyyat üzrə müvəqqəti naziri Əli Hamiye Livan vətəndaşının oğurlandığını təsdiqləsə də, oğurlanan şəxsin "Hizbullah"la əlaqəsi olduğunu deməyib.

"Livan ordusu və xüsusi xidmət orqanları hadisənin bütün detalları ilə bağlı araşdırma aparır," - o qeyd edib.

İsrailin təhlükəsizlik xidmətindəki mənbə “Sky News Arabia” telekanalına "Hizbullah" üzvünü əsir götürdüklərini təsdiqləyib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur