Aktyor Ziya Ağanın səhhətində problem yaranıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.
Ziya bildirib ki, hadisə Azərbaycan Dövlət Akademik Milli Dram teatrı ilə yollandığı Sankt-Peterburq səfərində “İblis və…” tamaşasında baş verib:
“Teatr tariximizdə bir ilk idi. Bu tarixi sizinlə yaşamaq, bölüşmək həddən artıq qürurlu oldu. Bütün tamaşaçılarımıza minnətdaram. Ümumiyyətlə, hər kəsə, hər şeyə görə təşəkkür edirəm. Hətta dizimdən travma almağım belə unudulmaz idi”.