Ötən gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
Publika.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan qızlarımız İsveçrə ilə qarşılaşıb. Lozannada keçirilən görüş millimizin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Diqqətçəkən hadisələrdən biri oyundan sonra yaşanıb. Millimizin üzvü Nigar Mirzəliyeva rəqib komandanın və ümumilikdə qadın futbolunun ən tanınmış, həmçinin cazibədar simalarından biri olan Alişa Leman ilə foto çəkdirib. Bu görüntülər marağa səbəb olub. Yığmamızın ən gözəl qadın futbolçularından biri olan Nigarın Alişa ilə birgə şəkilləri sosial şəbəkə izləyicilərinin diqqətini cəlb edib.
Müdafiəçimiz Rusiyanın "Zenit" klubunda çıxış edir. Alişa isə bir neçə gün öncə sevgilisi Duqlas Luis ilə birlikdə "Aston Villa"dan "Yuventus"a transfer olunub.
Qeyd edək ki, B Liqasının 1-ci qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə mübarizə aparan Azərbaycan millisi 4 xalla sonuncu pillədə qərarlaşıb. Bununla belə komandamız ən yaxşı dördüncü yer kimi pley-off mərhələsində iştirak etmək hüququ qazanıb.