Ermənistan KTMT Parlament Assambleyasının “Crocus City Hall”da törədilən terror aktını pisləyən bəyanatına qoşulmayıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat katibi Nelli Qulyan məlumat verib.
“Ermənistan KTMT üzvlüyünü dondurub. KTMT Ermənistan tərəfinə təklif verdi, biz də onu rədd etdik”, - Qulyan deyib.
Xatırladaq ki, bundan əvvəl KTMT-yə üzv ölkələrin parlamentləri “Crocus City Hall”da törədilən terror aktını pisləyən birgə bəyanat yayıb.