Çində güclü qasırğa fəlakətə səbəb olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Quandun əyalətinin inzibati mərkəzi Quançjou şəhərində qasırğa səbəbilə 5 nəfər ölüb, 33 nəfər yaralanıb.
141 fabrikin zərər gördüyü açıqlanıb.
Qasırğanın təsirinin davam edəcəyi barədə xalqa xəbərdarlıq edilib.