ABŞ-ın İllinoys ştatında futbol meydançası çöküb və nəticədə 30 metrlik krater əmələ gəlib.
Publika.az xəbər verir ki, bu barədə “Championship” məlumat yayıb.
Çuxurun səbəbi stadionun altında yerləşən yerli mədənin çökməsi ola bilər.
Hadisə zamanı meydançada heç kim olmayıb.
Xatırladaq ki, ABŞ 2026 FIFA Dünya Çempionatının oyunlarına ev sahibliyi edəcək. Kanada və Meksika da turnirə ev sahibliyi edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Hazırda ABŞ-da Amerika Kuboku davam edir. ABŞ komandası ilk turda Boliviyaya 2:0 hesabı ilə qalib gəlib.
Hüseyn İbadlı