Qətlə yetirilən polislər -FOTO
Ali təhsil müəssisələrində yeni dərs ilinin başlanmasına az qalıb. Bu il minlərlə abituriyent arzusuna çataraq tələbə adını qazanmağı həvəslə gözləyir. Onların bir qismi paytaxtda, xüsusilə də regionlardan Bakıya üz tutaraq yeni həyata qədəm qoyacaq.
Təhsil mühiti, sosial aktivlik, yaşayış məsələləri və şəxsi inkişaf baxımından tələbələri məsuliyyətli bir dövr gözləyir. Gənclərin bu mərhələdə hansı məqamlara diqqət yetirməli olduqları isə hər kəsi maraqlandıran əsas suallardandır.
Qutb.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Elnarə Akimova bildirib ki, bu çox məqamında aktual olanan mövzudur:
“Artıq yeni tədris ilinin astanasındayıq. Bir neçə gündən sonra abituriyent gənclər tələbə adını qazanacaq. Yeni tədris ilinə qədəm qoyacaq gənclər üçün bu mərhələ həm həyəcanlı, həm də məsuliyyətli bir başlanğıcdır. Xüsusən də regionlardan Bakıya üz tutan tələbələr üçün həm təhsil, həm də yeni mühitə uyğunlaşma baxımından bir sıra problemlər, çağırışlar ortaya çıxır”.
Millət vəkili yeni tələbə adını qazanacaqlara bəzi istiqamətdə tövsiyələrini bölüşüb:
“İlk növbədə, dərslərə məsuliyyətlə yanaşınlar. Məsuliyyətli və iradəli olsunlar. Meqapolis mənzərələri, qlamur görünüş onları təhsildən ayırmasın. Daha çox dərslərə köklənsinlər, mütaliəyə zaman ayırsınlar. Hər yerdə oxusunlar. Dərsdə, metroda, avtobusda və s. Universitet həyatının yaratdığı imkandan yararlansınlar. O cümlədən, internet resurslarının imkanlarından da faydalansınlar. İngilis dili və kompüter bacarıqlarına üstünlük versinlər. Bu iki amil gələcək karyeralarında onlara gərəkli olacaq”.
Deputat həmçinin tələbələrin sosial aktivliyi unutmamalı olduqlarını da diqqətə çatdırıb:
“Tövsiyəm ondan ibarətdir ki, gənclərimiz universitet klublarına qoşulsunlar. Bu onlara həm dost çevrəsi qazandırar, həm də gələcəkdə iş həyatı üçün faydalı şəbəkə qazanmış olarlar. Amma təhsili ikinci plana keçirməmək şərtilə!”.
E.Akimova onu da əlavə edib ki, kirayə məsələlərində də diqqətli olmaq lazımdır:
“Ya universitet yataqxanalarına üstünlük versinlər, ya da müəyyən dost-tanışların tövsiyəsi ilə daha təhlükəsiz və sərfəli olan ünvanlar seçsinlər.
Əsas odur ki, tələbələr hədəf qoyub ona doğru irəliləsinlər. Diplom əldə etmək üçün deyil, öz sahələrinin mütəxəssisi olmaq üçün daim axtarışda, inkişafda, yüksəlişdə olsunlar”,- deyə deputat bildirib.