Dollardan uzaqlaşıb qızıla doğru hərəkət etməyin vaxtıdır.
Publika.az “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, bu bəyanatla “X” sosial şəbəkəsində alman əsilli fin iş adamı və ən böyük fayl hostinq xidməti "Megaupload"un keçmiş sahibi Kim Dotcom çıxış edib.
Bundan əlavə, o, ABŞ və Avropa İttifaqının daxil olduğu borc sistemi ucbatından dağılacağını proqnozlaşdırıb. Dotcom qeyd edib ki, ABŞ dövlət borcunu azalda bilməyəcək və bu, onun sonunu gətirəcək:
“ABŞ imperiyasının sonu yaxınlaşır. Buna görə də ABŞ dollarından imtina edin, qızıla keçin. Qarşıdan gələn iqtisadi depressiyadan və hiperinflyasiyadan sağ çıxın. Avropa İttifaqı da dağılacaq. Çünki onlar ABŞ-ın borc sisteminə daxil olublar”.
Vazeh BƏHRAMOĞLU