Ülkər Qasımova Xəzər Media Mərkəzindən ayrılıb.
Publika.az xəbər verir ki, bu barədə o, özünün "Facebook" hesabında yazıb:
“Xəzər Media Mərkəzindəki fəaliyyətimə fasilə vermək qərarına gəldim. Fəaliyyətim dòvründə mənim Xəzər-ə, Xəzər-in sə mənə xeyir verdiyinə əminəm. Müzakirələrin fonunda olunan müqayisələr görülən işlərin, münasibətlərin çəkisini göstərir. Yəni, müqayisələr insanın fəaliyyətinin və gördüyü işlərin tərəzisi olur. Əsas odur ki, görülən işlər, çəkilən zəhmətlər, düşünən beyinlər, yanan ürəklər izafi xərc olmasın!"
Xatırladaq ki, Ülkər Qasımova 2022-ci ilin mayında "Xəzər" televiziyasının ictimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.