Ukrayna prezidenti Vladimir Zelenski dörd ukraynalı dənizçinin Yəmən husilərinin əsirliyində olduğunu deyib.
Publika.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” öz Telegram kanalında məlumat yayıb.
Zelenski Böyük Britaniyanın baş naziri Rişi Sunakla keçirdiyi mətbuat konfransında açıqlama verib:
"Biz onları geri qaytarmaq üçün çalışırıq".
Yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəməni bombalayıb.
Bundan əvvəl Zelenski və Sunak Böyük Britaniyanın baş nazirinin Kiyevə səfəri zamanı Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında ikitərəfli saziş imzalayıblar. Müqavilə Ukrayna NATO-ya daxil olana qədər və ya uzadılma imkanı ilə 10 il müddətinə qüvvədə olacaq.