Moskva Ukraynanın 2024-cü ildə hazırkı müqavilə başa çatdıqdan sonra Rusiya qazının Avropaya tranzitindən imtina etmək planlarını şərh edib.
Publika.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
O qeyd edib ki, prinsipcə, Türkiyə ilə bağlı marşrutlar var və maye qaz tədarükü var, lakin onların hamısı artıq “bron edilib”, ona görə də alternativ tapmaq asan olmayacaq.
"Əlbəttə, bu, bütün təchizat zəncirlərində dəyişikliklərə səbəb olacaq", - Peskov vurğulayıb.
Tural