10.07.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Gəncədən Moskvaya uçuş təxirə salındı - Rəsmi SƏBƏB

10 iyl 2025 00:00
GÜNDƏM
ads

"UTair" aviaşirkətinin 9 iyul 2025-ci il tarixində Gəncə Beynəlxalq Hava Limanından Moskva şəhərinə (Vnukovo Hava Limanı) həyata keçirilməsi planlaşdırılan "UT744" nömrəli reysi, hava gəmisi kapitanının qərarı ilə texniki səbəbdən təxirə salınıb.

Qutb.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.

"Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə onlar otelə yerləşdirilib və digər zəruri xidmətlərlə təmin olunub

Təxirə salınmış uçuşun 10 iyul tarixində, saat 15:00-da həyata keçirilməsi planlaşdırılır

Sərnişinlər uçuşun dəqiq statusu və əlavə məlumat üçün "UTair" aviaşirkəti ilə əlaqə saxlaya bilərlər", - məlumatda bildirilib.

***

21:35

Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukovo aeroportuna uçması gözlənilən aviareys təxirə salınıb.

Qutb.az xəbər verir ki, saat 18:00-da yerinə yetirilməli olan aviareys sabah saat 12:00-dək təxirə düşüb.

İlkin məlumata görə, sözügedən aviareys ilə 118 sərnişinin uçması gözlənilirdi. Sərnişinlərin bəziləri Gəncə şəhərindəki hotellərə yerləşdirilib.

Ehtimal olunur ki, uçuşun təxirə düşməsinə səbəb təyyarədə yaranan texniki nasazlıqdır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur