29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Avropa qapılarını türklərin üzünə bağladı: bu region ölkəsi isə görün nə etdi...

01 may 2024 10:00
GÜNDƏM
ads
Advertisement

Həm yayın, həm də Qurban bayramının yaxınlaşması ilə əlaqədar Avropa ölkələrinə səyahət etmək istəyənlərin sayı artıb. Türkiyədə xeyli insan Şengen vizası almaq üçün müraciət etsə də, onlardan çoxu rədd cavabı alır.

Publika.az xəbər verir ki, türk iş adamları Şengen böhranı səbəbindən çətinlik çəkdiklərini deyirlər.

Turist səfərləri ilə yanaşı, işlə bağlı gedə bilməyənlər də bu vəziyyətdən şikayətlənir. Problemin nədən qaynaqlandığı hələ də dəqiq bilinmir. Hər ölkə öz bəhanələrini sadalayır.

Səyahət həvəskarları alternativ olaraq vizasız ölkələr seçə bilərlər, lakin viza sistemini tətbiq edən Rusiyada bu vəziyyət Avropanın tam əksinədir. Rusiyada ən çox viza verilənlər arasında türklər yer alır.

Rusiya agentliklərinin məlumatına görə, ötən il Rusiyadan viza alan əcnəbilərin sayı 2022-ci illə müqayisədə 64% artıb.

Keçən il Rusiya 846 min viza verib. 2022-ci ildə bu rəqəm 515 min olub. Rusiyadan ən çox viza alanlar arasında Çin və Türkmənistan vətəndaşları da var. Türkiyə vətəndaşları bu reytinqdə dördüncü yerdədir.

2023-cü ildə vətəndaşları Rusiyadan ən çox viza alan ölkələr aşağıdakı kimidir:

Çin: 288 min 243

Türkmənistan: 72 min 776

Almaniya: 58 min 888

Türkiyə : 58 min 472

Hindistan: 41 min 643

İran: 40 min 566

Latviya: 20 min 902

Vyetnam: 20 min 302

Misir: 12 min 370

Estoniya: 11 min 340

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur