Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin daha bir tələbini yerinə yetirib.
QÜTB.AZ xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.
Nəşrin əldə etdiyi məlumata görə, Ermənistan hakimiyyəti sülh müqaviləsi layihəsinə Bakıda həbsdə olan ermənilərin (separatçılar-red) azad edilməsi məsələsini daxil etmək istəyib:
“Lakin Azərbaycan buna qəti şəkildə etiraz edib, Ermənistan da sonda geri çəkilib. Paşinyan geri çəkilməni hakim komandaya belə izah edib ki, o, bununla Əliyevin sülh danışıqlarında istifadə edə biləcəyi məsələlərdən birini aradan qaldırıb. Hərçənd, mənbəmiz əsl səbəbin başqa olduğunu deyir. Məlumata görə, Paşinyan əslində özünü lazımsız başağrısından xilas edib. Ermənistan tərəfi bununla həm də (qondarma) “artsax” rəhbərliyinin Azərbaycanın təqdim etdiyi kimi, terrorçu olduğunu təsdiq etmiş olur”.
Hakim partiyanın deputatlarından olan Ovik Ağazaryan nəşrə açıqlamasında həbsdə olan ermənilərlə bağlı məsələnin sülh müqaviləsinə daxil edilməsindən imtina edildiyini təsdiq edib. O bu məsələnin sülh prosesini dalana dirədiyini qeyd edib.
Asif