Gürcüstan millisi Avropa çempionatının final mərhələsinə yüksəldiyi üçün 3 milyon lari (təxminən 1,09 milyon dollar) mükafat alacaq.
QÜTB.AZ xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib.
Mart ayında Gürcüstan millisi Avro-2024-ə vəsiqə uğrunda pley-off finalında Yunanıstanı məğlub edib (0:0, penaltilərlə 3:2) və tarixində ilk dəfə olaraq böyük beynəlxalq turnirin əsas mərhələsinə yüksəlib.
Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Gürcüstan millisi Türkiyə, Çexiya və Portuqaliya ilə birlikdə F qrupunda yer alıb.
Onu da qeyd edək ki, bu qədər mükafatı AFFA Azərbaycan yığması lazımsız yoldaşlıq oyununda heç-heçə etdikdə ayırır.