ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Yorkda Jean Keroll adlı qadına qarşı təcavüz və təhqir işində 83 milyon dollar təzminat ödəməyə məhkum edilib.
Publika.az xəbər verir ki, uzun müddətdir davam edən işdə münsiflər heyəti Trampla bağlı qərarını açıqlayıb.
Tramp “Truth Social” adlı sosial media platformasında bunun cəfəngiyat olduğunu yazıb:
“Bu qərarla heç bir şəkildə razılaşmıram. Bura Amerika deyil”.
80 yaşlı Keroll Trampın 1996-cı ilin yazında Nyu-Yorkdakı “Bergdorf Goodman” mağazasının soyunub-geyinmə otağında ona təcavüz etdiyini bildirsə də, Tramp bu iddiaları rədd edib.
Tramp iki həftəlik dinləmələrdən sonra 2023-cü ilin mayında Kerollun açdığı təcavüz və təhqir işində məhkəmə heyəti tərəfindən günahkar bilinib.
Tramp Kerolla 5 milyon dollar təzminat ödəməli olub.
İlk qanuni qələbədən sonra Kerroll Trampa qarşı ikinci təzminatı iddiası qaldırmışdı.
Roza Şəfiyeva