Fransa Yüngül Atletika Federasiyası (FFA) qaçışçı Məhəmməd Kuntanı sosial şəbəkələrdə İsraillə bağlı mənfi paylaşımlar etdiyi üçün yarışdan kənarlaşdırıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə Fransanın idman naziri Ameli Oudea-Kastera sosial şəbəkələrdə məlumat verib. Onun sözlərinə görə, FFA prezidenti idmançını cəzalandırıb, həmçinin prokuror və federasiyanın İntizam Komissiyası ilə əlaqə saxlayıb.
Parisdə keçirilən Olimpiadada iştirak edən 29 yaşlı Kunta İsrail ordusunun Fələstində törətdiyi cinayətlərlə bağlı çoxsaylı repostlar edib.