"Ukraynanı etibarlı dəstəklədiyinə görə mən Türkiyəyə minnətdaram".
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "X" hesabında paylaşım edib.
O bildirib ki, hər iki ölkə Qara dənizdə bütün regionun qlobal ərzaq təhlükəsizliyini dəstəkləyir.
"Bunun üçün gəmiçiliyin təhlükəsizliyi əsas şərtdir. Buna birlikdə nail ola bilərik. Biz Türkiyə müdafiə şirkətləri ilə ikitərəfli əməkdaşlığın və birgə istehsalın gücləndirilməsində maraqlıyıq. Hərbi əsirlərimizin o cümlədən Rusiyanın əsirliyində olan Krım tatarlarının azad edilməsində Türkiyənin köməyinə ehtiyacımız var", - deyə Zelenski bildirib.