Kuba Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edilib.
“Kuba Azərbaycan Respublikasının xalqına və hökumətinə milli bayram - Müstəqillik Günü münasibətilə ürəkdən təbriklərini çatdırır. Biz ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərini dərinləşdirməyə hazır olduğumuzu təsdiq edirik”, - paylaşımda bildirilib.