31.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Qlobal müdafiə mexanizmi işə salındı: Bu tarixdə yerə çırpılacaq

31 yan 2025 17:00
DÜNYA
ads
Advertisement

Dünyanın kosmos agentlikləri “2024 YR4” adlı asteroidin səkkiz il ərzində Yerlə toqquşması ehtimalı olduğunu bildirirlər.

QÜTB.AZ xəbər verir ki, Beynəlxalq Asteroid Xəbərdarlıq Şəbəkəsinin (IAWN) etdiyi qiymətləndirməyə görə, bu göy cisminin 22 dekabr 2032-ci ildə Yerə çırpılma ehtimalı 83-də 1 olaraq hesablanıb.

Asteroidin toqquşma ehtimalı az olsa da, belə böyük bir göy cisminin Yerə yaxınlaşması qlobal müdafiə mexanizmlərinin işə salınmasına səbəb olub.

Mütəxəssislərin fikrincə, planetlərin müdafiəsi strategiyalarında ilk addım asteroidin orbitini daha dəqiq müəyyən etmək üçün müşahidələri artırmaqdır.

“2024 YR4” ilk dəfə 27 dekabr 2024-cü ildə Çilidəki “Rio Hurtado” teleskopu tərəfindən aşkar edilib.

Alimlər qeyd edir ki, asteroidin diametri qlobal miqyasda dağıntıya səbəb olacaq qədər böyük deyil, lakin çırpılarsa, 50 kilometrlik ərazidə böyük ziyan vura bilər.

Mümkün təsir zonalarına isə Sakit Okeanın şərqi, Cənubi Amerikanın şimalı, Afrika və Cənubi Asiya daxildir.

Roza

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur