19.05.25 | Bakı 18.77° C |
10:06:25
Lent :

Həccin başlamasına 1 həftədən az qalıb - Kvota hələ də DOLMAYIB...

19 may 2025 17:00
MƏDƏNİYYƏT
ads

Azərbaycandan ilk zəvvar qrupunun Həcc ziyarəti mayın 25-də başlayacaq. Həcc ziyarətinin başlamasına 1 həftədən az qalsa da, Azərbaycan üçün ayrılan kvota hələ də dolmayıb.

Qutb.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib ki, kvotanın dolmasına az qalıb.

"Kovota hələ dolmayıb, az qalıb. Kvota ilə bağlı əlavə məlumat veriləcək", - o qeyd edib.

Bu il ölkəmiz üçün ayrılan kvota açıqlanmasa da, ötən illərlə müqayisədə daha az olacağı bildirilib. Ötən il kvota 1500 nəfər olub.

Qeyd edək ki, sənəd qəbulu prosesi yanvarın 21-də başlayıb. QMİ qeydiyyat prosesini bir neçə dəfə uzadıb.

Xatırladaq ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.77° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur