İran İsrailin hücumu nəticəsində həlak olan Livanın "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullahın xatirəsinə 5 günlük matəm elan edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, matəm elan olunması ilə bağlı Ayətullah Əli Xameneyi müvafiq qərar verib.
Xatırladaq ki, daha əvvəl İsrail Müdafiə Ordusu Nəsrullahın ölümü ilə bağlı məlumat yayıb. Daha sonra təşkilat, lideri Həsən Nəsrullahın ölümünü təsdiqləyib.