WBC versiyası üzrə sabiq dünya çempionu Rayan Qarsiya karyerasını başa vurduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, dopinq qalmaqalı ilə gündəmə gələn 25 yaşlı döyüşçü "X" səhifəsində paylaşım edərək azarkeşləri ilə vidalaşıb
“Mən rəsmi olaraq təqaüdə çıxmışam. Korrupsiya həddən artıq çoxdur, bundan bezmişəm. Aktyorluq etməyi və ya mahnı oxumağı bacarıram. Məşqlərə davam edəcəyəm, amma ağrılarım var. Bununla da, hər şeyi bitirmişəm. Ən acınacaqlısı odur ki, mən əla boksçuyam. İnsanları əyləndirirəm və rəqibləri döyürəm. Kədərlənirəm, çünki boksu sevirəm.
Hər kəs üçün dua edirəm. Hər kəsin gözəl bir həyat yaşaması ümidi ilə".
Qedy edək ki, aprel ayında Qarsiya Devin Haneyi məğlub edib. Lakin döyüşdən sonra ondan götürülən nümunələr nəticəsində qanında qadağan olunmuş maddələr tapılıb.
Qarsiya peşəkar rinqdə 26 döyüş keçirib, 25 qələbə qazanıb (20-si nokaut) və 1 dəfə məğlub olub.
Heybət