Beynəlxalq Miqrant Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
QÜTB.AZ xəbər verir ki, hər iki qurumun rəsmilərinin və əməkdaşlarının, eyni zamanda könüllülərin iştirakı ilə keçirilən aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi ağacəkmə tədbirləri davam edir.