İranın ruhani lideri Ayətullah Əli Xameneyinin İsraili cəzalandırmaq əmri yerinə yetiriləcək.
QÜTB.AZ xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirinin müavini, kontr-admiral Əli Fədavi deyib.
"Ali rəhbərin İsraili sərt şəkildə cəzalandırmaq əmri aydındır və birmənalıdır. Onun əmrləri ən yaxşı şəkildə yerinə yetiriləcək", - deyə Fədavi bildirib.
Qeyd edək ki, Ayətullah Əli Xameneyi Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsraildən qisas alınmasını əmr edib.