Rusiya və Serbiya prezidentləri arasında telefon danışığı olub.
QÜTB.AZ xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Vladimir Putin və Aleksandr Vuçiç telefon danışığı zamanı Belqradın nasist işğalçılarından azad edilməsinin 80 illiyi münasibətilə bir-birini təbrik ediblər.
İkitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi əhval-ruhiyyəsi təsdiqlənib. Vuçiç Rusiya Federasiyasının Serbiyanın ərazi bütövlüyü məsələlərində tutduğu prinsipial mövqeyə görə Putinə təşəkkür edib.
Liderlər Ukrayna ətrafında vəziyyəti də müzakirə edib.