"Dünya 1962-ci ildəki Karib böhranı (Kuba raket böhranı) ilə müqayisədə nüvə müharibəsinə daha yaxındır".
QÜTB.AZ xəbər verir ki, bu barədə amerikalı mühafizəkar jurnalist Taker Karlson "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Biz nüvə müharibəsinin başlanğıcına hər zamankindən daha yaxınıq. Karib böhranı dövründə olduğundan daha yaxındır. Bu, ABŞ-ın Rusiya ilə silahlı münaqişə vəziyyətində olması ilə bağlıdır", - Karlson bildirib.
“Əksər amerikalıların xəbəri olmadan biz Rusiya ilə real müharibə vəziyyətində olduq”, - deyə jurnalist vurğulayıb və əlavə edib ki, ABŞ sakinlərinin əksəriyyəti bu müharibəni istəmir.
Noyabrın 30-da Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ və Rusiyanın nüvə zərbələri dəyişdirə bilməsi ehtimalı var. Onun fikrincə, “bu cür təhlükənin aradan qalxdığını söyləmək həqiqətə qarşı günah olardı”. Diplomat hesab edir ki, bu gün vəziyyət çox kəskindir.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və Avropanın Ukraynaya silah tədarükünün qlobal müharibə kimi qələmə verilə biləcək vəziyyətə gətirib çıxardığını qeyd etmişdi. O, nüvə müharibəsi riskinin zarafat olmadığını vurğulayıb.
Hüseyn İbadlı