"Gürcüstanda dövlət çevrilişi etmək planı yoxdur".
QÜTB.AZ xəbər verir ki, bunu ölkə prezidenti Salome Zurabişvili mətbuat konfransında deyib .
"Heç kim və ilk növbədə mən burada çevriliş etməyi planlaşdırmıram", - o deyib.
Bundan əvvəl Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə bildirib ki, oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra ölkədə dövlət çevrilişi hazırlayan qrup var.
Papuaşvili qeyd edib ki, dövlət çevrilişi daha əvvəl, 2020-ci ildə keçiriləcək parlament seçkilərindən sonra planlaşdırılıb. Onun sözlərinə görə, bu dəfə basqınçılar qeyri-hökumət təşkilatlarının monitorinqinin köməyi ilə ölkədə iğtişaşlar üçün “yalançı səbəb” yaratmaq məqsədilə saxta seçki hesabatları hazırlamaq niyyətindədirlər.
Avqust ayında "Sputnik Georgia" agentliyi "Gruzinform"un baş redaktoru Arno Xıdırbeqişviliyə istinadla xəbər vermişdi ki, ABŞ Gürcüstanda çevriliş etmək üçün "Ukraynadan yüzlərlə yaraqlı" cəlb edə bilər.
Hüseyn İbadlı