Yeni sektor sanksiyalarının nəzərdə tutulmadığı aydınlaşdırılır. Rusiya əleyhinə sanksiyalar siyahısına 200-ə yaxın hüquqi və fiziki şəxs əlavə olunacaq.
Publika.az xəbər verir ki, "X" sosial şəbəkəsində Belçikanın Avropa İttifaqı Şurasındakı nümayəndəliyi yeni məhdudiyyətlər paketinin ən genişlərdən biri olacağını bildirib.
Avropa Komissiyasının sədri Ursula Von der Leyen yeni sazişi alqışlayıb.
O qeyd edib ki, ümumilikdə, Aİ-nin bütün siyahılarında artıq sanksiyaya məruz qalmış təxminən iki min maddə var. Çox güman ki, yeni sanksiyalar siyahısına dronlarla əlaqəli şirkətlər də daxil olacaq:
"Biz həmçinin Rusiyanın pilotsuz təyyarələrə çıxışını azaltmağa davam edirik".
Von der Leyen onu da bildirib ki, Avropa İttifaqının 13-cü anti-Rusiya sanksiyaları paketi Moskvanın üçüncü ölkələrin köməyi ilə müəyyən edilmiş məhdudiyyətlərdən yan keçməsinin qarşısını almağa yönəlib. Onun sözlərinə görə, Aİ Rusiyanın sanksiyalardan yan keçmək üçün hansı ölkələrdən istifadə etdiyinə nəzarət edir.
O, əlavə edib ki, bu dövlətlərlə sərt danışıqlar aparılır və şirkətlərinə qarşı sanksiyalar tətbiq olunur.
Fevralın 19-da məlum olub ki, Macarıstan Aİ-nin 13-cü anti-Rusiya sanksiyalar paketini bloklamayacaq, çünki Avropa nümayəndələri ilə danışıqlar zamanı Budapeştin maraqlarına zidd olan bütün məqamlar üstündən xətt çəkilib.
Cəmilə