Gecə yuxusu dərini qırışdırır! Bu cür yatan insanlar daha tez qocalır
İcra nümayəndəliyinin əməkdaşı rüşvət alarkən tutuldu
Bu gün Şabranda baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.
Qutb.az-ın əldə etdiyi məlumata görə, hadisə Şabran rayon İlqar Abbasov adına Rəhimli kənd tam orta məktəbinin müəllimlər otağında baş verib.
Belə ki, boşanma ərəfəsində olan zərərçəkən Arzu Əliyeva övladlarının sənədlərini götürmək üçün məktəbə gəlib, direktor Vüsal Musayev digər valideynin də razılığını almaq üçün Asim Nəcəfovu məktəbə dəvət edib. Valideynlər arasında yaşanan mübahisə nəticəsində A.Nəcəfov müəllimlərin gözü qarşısında həyat yoldaşına 11 bıçaq zərbəsi endirib.
Daha sonra əməli törədən 47 yaşlı Asim Nəcəfov Şabran RPŞ-yə gələrək polisə təslim olub. Ağır xəsarət alan A.Əliyeva isə Bakıdakı xəstəxanalardan birinə aparılıb.
Onların 1 ilə yaxındır ayrı yaşadıqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.