ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinə məxsus, Bağdad hava limanı yaxınlığında yerləşən hərbi baza raket atəşinə tutulub.
QÜTB.AZ xəbər verir ki, bazaya 4 mərmi atılıb. Dəymiş maddi ziyanla bağlı məlumat verilməyib.
Hələlik heç bir təşkilat hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.