Hindistanın Andhra Pradeş ştatında əczaçılıq zavodunda reaktor partlayıb.
QÜTB.AZ xəbər verir ki, partlayış yanğınla müşayiət olunub. Hadisə nəticəsində 17 nəfər ölüb, 30-dan çox yaralı var.
Xəsarət alanlar xəstəxanalara aparılıb.
Yanğınsöndürənlər hadisə yerində işlərini davam etdirirlər. Ölü sayının artacağı istisna edilmir.