Koreya Xalq Demokratik ResQutb.azsı (KXDR) sentyabrın 22-də Cənubi Koreyaya yenə zibillə dolu hava şarları göndərib.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.
Birləşmiş Qərargah Rəisləri xəbərdarlıq edib ki, hava şarları Seul və paytaxtı əhatə edən Gyeonggi əyalətinə doğru uça bilər. Məlumata görə, Cənubi Koreya ordusu təhlükəsizlik narahatlığını əsas gətirərək hava şarlarını vurmaq fikrindən əl çəkib.
Sentyabrın 20-də Şimali Koreyadan atılan zibil balonunun ikinci dəfə Seuldakı Cənubi Koreya hökumətinin ərazisinə düşdüyü bildirilir.
Hüseyn İbadlı