Deyirəm gör hansı zəmanəyə gəldik. Ölən insana bir rəhmət deməyə dilləri gəlmir. Cavanşir müəllimin ölüm xəbərinə açığı pis oldum. Biz çox da yaxın deyildik. Uzaqdan-uzağa salam-sağ ol. Rəyləri oxuyuram, bədənim əsir. Niyə axı? Neyləmişdi sizə bu yazıq adam?
Publika.az xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli sosial mediada yazıb. Əməkdar artist Cavanşir Məmmədovdan yazan sənətçi onun kostyumda dəfn olunmaq vəsiyyəti ilə bağlı irad bildirənləri sənətçinin ruhuna hörmət etməyə çağırıb.
"Ölən gününəcən işləyib. Heç kimə möhtac olmayıb. Ən güclü ansambl zamanında onun olub. Ən bahalı toylara dəvət alıb. İşçilərinə böyük hörmətlə yanaşıb. Haqq yeməyib. İşçiləri xəstələnəndə belə gəlmədikləri gün maaş verib. Siyasi xadim deyil, pis vərdişi yox, heç kimin namusuna göz dikməyib. Sadəcə səsli düşünən kompleksiz insan olub.
Başqa necə olmalı idi ki, bir rəhmət yazasınız? Onu sevməyə bilərdiniz, bunu sizdən istəyən də olmayıb. Nifrətin də əsası olmalıdı. Onun ölümünə sevinmək nədir? Lap tutaq ki, pis adam olub. Sizə nə??? Kim bilir necə öləcək? Bəyəm hamıya torpaq qismət olur? Cavanşir müəllim, Allah sizə rəhmət etsin, Allah haqqsız yerə sizə pis rəylər yazanlların ömründən kəsib balalarınıza calasın. Kim rəhmət yaza bilir Allah onun da ölənlərinə rəhmət etsin", - Nazilə qeyd edib.