Kilian Mbappe ilə onun keçmiş klubu PSJ arasında yaranan fikir ayrılığının yeni təfərrüatları məlum olub.
QÜTB.AZ "L'Équipe"-ə istinadən xəbər verir ki, fransız futbolçu 2022-ci ildə Parisi tərk edə bilərmiş. Rəhbərliyin yerinə yetirilməmiş vədləri səbəbindən layihədən məyus olan Kilian hətta "Liverpul"un təklifi ilə razılaşıb.
Həmin il mersisaydlılar hücumçu üçün 200 milyon avro ödəməyə hazır olublar. Lakin parislilərin keçmiş idman direktoru Antero Henrike iki dəfə çox pul istəyərək transferə mane olub.
Qutb