21.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Terminallardan 39 min manata yaxın pul oğurladılar - VİDEO

21 apr 2025 13:00
GÜNDƏM
ads
Advertisement

Abşeron rayonu ərazisində yerləşən marketlərin birindən və orada olan ödəmə terminalından 3567 manat oğurlanıb.

DİN-dən Qutb.az-a bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Yusif Hüseynov, 27 yaşlı Elvin Əhmədov və 34 yaşlı Emin Yusifov müəyyən olunaraq saxlanılıblar.

Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər paytaxtın müxtəlif rayonlarında, həmçinin Abşeron rayonunda yerləşən 11 mağazadan ödəmə terminallarını sındırmaqla ümumilikdə 38943 manat pul vəsaitini oğurlayıblar. Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Araşdırmalar davam etdirilir.

 

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur