2023-cü ildə Minatəmizləmə Agentliyi və minatəmizləmə əməliyyatlarına cəlb olunan dövlət və qeyri-dövlət qurumları tərəfindən ümumilikdə 53 min (53081,8) hektardan çox ərazidə təmizləmə əməliyyatları icra edilib. Həmin ərazilərdə 31 min 600 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
Belə ki, 2023-cü ildə həyata keçirilmiş minatəmizləmə əməliyyatlarında Agentliyi tərəfindən 32823,9 hektar, Müdafiə Nazirliyi tərəfindən 6938,7 hektar, Fövqəladə Hallar Nazirliyi tərəfindən 669,7 hektar, Dövlət Sərhəd Xidməti tərəfindən 841,9 hektar və yerli şirkətlər tərəfindən 11807,6 hektar ərazi təmizlənmiş, Agentlik tərəfindən 22,6 min ədəd, Müdafiə Nazirliyi tərəfindən 2,4 min ədəd, Fövqəladə Hallar Nazirliyi tərəfindən 949 ədəd, Dövlət Sərhəd xidməti tərəfindən 198 ədəd, yerli şirkətlər ətərəfindən isə 5,4 min ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Məlumatda vurğulanıb ki, 2023-cü ildə icra edilmiş minatəmizləmə əməliyyatlarının 29005,6 hektarı kənd təsərrüfatı, 814,8 hektarı nəqliyyat, 11720,5 hektarı yaşayış infrastrukturu, 1470,9 hektarı energetika, 10070,0 hektarı isə digər layihələr üzrə əraziləri əhatə etmişdir.
Qeyd edilib ki, 2023-cü ildə həyata keçirilmiş minatəmizləmə əməliyyatlarının 7956,1 hektarı Ağdam rayonunun, 14016,7 hektarı Cəbrayıl rayonunun, 6025,1 hektarı Füzuli rayonunun, 6400,2 hektarı Kəlbəcər rayonunun, 3570,8 hektarı Zəngilan rayonunun, 1454,2 hektarı Laçın rayonunun, 4400,4 hektarı Xocavənd rayonunun, 1286,9 hektarı Tərtər rayonunun, 174,5 hektarı Xocalı rayonunun, 6993,9 hektarı Qubadlı rayonunun, 585,4 hektarı Şuşa rayonunun, 217,6 hektarı isə digər rayonların ərazisində icra edilib.