18.11.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

Qəzzada sülhməramlılara “yaşıl işıq” - BMT təsdiqlədi

18 noy 2025 09:00
DÜNYA
ads
Advertisement

BMT Təhlükəsizlik Şurası ABŞ-ın təqdim etdiyi və Donald Trampın Qəzza üzrə 20 maddəlik sülh planını dəstəkləyən qətnamə qəbul edib.

Qutb.az xəbər verir ki, qətnamə Qəzza zolağında müharibənin dayandırılmasını, keçid idarəetmə orqanının yaradılmasını və beynəlxalq sabitləşdirmə qüvvəsinin bölgəyə yerləşdirilməsini nəzərdə tutur.

Qətnamə ABŞ-ın BMT-dəki səfiri Maykl Voltsun təqdimatı ilə qəbul olunub. Rusiya və Çin sənədin əleyhinə çıxmasalar da, narazılıqlarını bildirərək səsvermədə bitərəf qalıblar. Bununla da qətnamə Şurada təsdiq edilib

Sənədə əsasən, üzv dövlətlər Trampın rəhbərliyi ilə təsis ediləcək “Sülh Şurası” adlı keçid idarəetməsində iştirak edə biləcək. Bu qurum Qəzzanın yenidən qurulmasına, iqtisadi bərpasına və siyasi idarəetmənin formalaşmasına nəzarət edəcək.

Eyni zamanda, Qəzzada demilitarizasiya prosesini həyata keçirmək, silahların təhvil verilməsi və hərbi infrastrukturların ləğvini təmin etmək üçün beynəlxalq sabitləşdirmə qüvvəsi yaradılır.

Qətnamənin qəbulundan sonra HAMAS bəyanat yayaraq sənədi rədd etdiyini bildirib. Hərəkat bunun Qəzza üzərində “beynəlxalq qəyyumluq mexanizmi” yaratdığını deyib və silahı yerə qoymayacağını vurğulayıb.

Rusiya səfiri Vasili Nebenzya səsvermədən sonra bildirib ki, qətnamə Qəzzanın gələcəyi ilə bağlı BMT-nin rolunu nəzərə almır. Çin də oxşar mövqedən çıxış edərək sənəddə BMT-nin rolu ilə bağlı boşluqları qeyd edib.

Fələstin Administrasiyası qətnaməni alqışlayıb və icrasında iştirak etməyə hazır olduğunu bildirib. Diplomatların sözlərinə görə, Ramallahın bu dəstəyi Rusiyanın veto ehtimalını aradan qaldıran əsas amillərdən biri olub.

ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə paylaşım edərək qətnaməni “tarixi hadisə” adlandırıb və yaxın günlərdə yeni təyinatların ediləcəyini açıqlayıb.

Sənəd İsraildə siyasi qalmaqal yaradıb. Qətnamədə “Fələstin dövlətçiliyinə real yolun açılması üçün şəraitin yetişməsi” ifadəsi yer alır.

Mətndə qeyd olunur ki, Fələstin Administrasiyası islahat proqramını həyata keçirərsə və Qəzzanın yenidən qurulmasında irəliləyiş olarsa, Fələstin dövlətinin yaradılması istiqamətində danışıqlara start verilə bilər.

İsrailin baş naziri Benyamin Netanyahu hökumətindəki sağçı partiyaların təzyiqi altında açıqlama verərək İsrailin Fələstin dövlətinə qarşı olduğunu bir daha bəyan edib və Qəzzanın silahsızlaşdırılacağını bildirib.

“Bunu ya asan yolla, ya da çətin yolla edəcəyik,” – Netanyahu deyib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur