05.02.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Onların sərvəti durmadan artır: 10 il ərzində beş trilyonçu yaradılacaq

20 yan 2025 18:00
DÜNYA
ads

Dünya üzrə milyarderlərin ümumi sərvəti 2024-cü ildə 2 trilyon dollar artıb. Bununla da onların gündəlik gəliri 5,7 milyard dollara çatıb. “Oxfam”ın hesabatına görə, bu artım 2023-cü ildəkindən üç dəfə sürətli olub.

QÜTB.AZ sözügedən hesabata istinadla xəbər verir ki, dünya 10 il ərzində beş trilyonçu yaratmağa hazırlaşır.

Keçən il eyni proqnoz yalnız bir trilyonçu üçün verilib. Məlumata görə, milyarderlərin sərvətinin böyük artımında qlobal fond bazarlarında səhm dəyərlərinin artmasının təsirli olduğu bildirilir.

Bundan başqa, daşınmaz əmlakın yüksək qiymətləri də milyarderlərin sərvətinin artmasında rol oynayıb. Hesabatda ötən il dünya üzrə milyarderlərin sayının 204 nəfər artaraq ümumilikdə 2769 nəfərə çatdığı vurğulanıb.

“Oxfam” hesab edir ki, dünyanın ən varlı 10 adamının sərvəti gündə orta hesabla 100 milyon dollar dəyərindədir.

Hesabata görə, dünyada 3,6 milyard insan gündəlik 6,85 dollardan az gəlirlə yaşayır. “Oxfam” hökumətləri yüksək gəlirli şəxslərə daha ədalətli vergi verməyə və bərabərsizliyi azaltmaq üçün iqtisadi sistemləri təşkil etməyə çağırır.

Aysel Şahmar

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur