Diyarbəkırdə bələdiyyə sədrliyinə namizədliyini irəli sürən model Simurq Sarsılmaz bu qərardan vaz keçdiyini bildirib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial mediada gündəm olan Sarsılmaz qərarının səbəbini belə şərh edib:
“Namizədlik xəbərim yayıldıqdan sonra yüzlərlə saxta hesabdan ölüm təhdidləri aldım” .
Sarsılmaz ona edilən təhdidlərə görə cinayət işi açacağını bildirib:
“Doğulub boya-başa çatdığım məhəlləyə xidmət etmək üçün vicdanla namizədliyimi elan etdim. Dünən afişanı bitirib işə başlayacaqdım. Ancaq yüzlərlə saxta hesabdan ölümlə hədələndim. Hazırda psixoloji sarsıntı keçirirəm, dərmanla ayaqda qala bilirəm. Sabah Diyarbəkir Respublika Baş Prokurorluğuna gedəcəm və məni təhdid edən şəxslər barəsində cinayət işi açılmasını tələb edəcəm”.
Gülnar