Akademik Çisem Baştarcanın apardığı araşdırma gender bərabərsizliyinin qadınların sağlamlığına bir çox cəhətdən təsir etdiyi qənaətinə gəlib.
Publika.az xəbər verir ki, 1 illik elmi araşdırmalar sistematik şəkildə nəzərdən keçirilib. Qadınların sağlamlığına ən çox təsir edən amillər iqtisadi imkanların olmaması, aşağı təhsil səviyyəsi, aşağı gəlir səviyyəsi və səhiyyə xidmətlərindən istifadə imkanlarının məhdudluğudur.
Araşdırma haqqında ətraflı məlumat verən İstanbul Beykent Universiteti Sağlamlıq elmləri fakültəsinin müəllimi, Prof. Çisem Baştarcan bildirib ki, tədqiqat qadınların vəziyyətinin ümumi sağlamlıq, reproduktiv sağlamlıq və ruh sağlamlığına birbaşa və dolayı təsir göstərdiyinə dair nəticələr ortaya qoyub:
“Qadınların cinsinə görə yaşadıqları problemlərin qarşısının alınmasına yönəlmiş maarifləndirici proqramlar onların sağlamlıqlarına müsbət təsir göstərir”, - professor deyib.
Aysel Şahmar