"Mən onu bağışlayıram və ona nifrət etmirəm. O, sadəcə şər və siyasi nifrətin elçisi olub".
Publika.az xəbər verir ki, bunu Slovakiya Baş naziri Robert Fitso "Facebook" hesabında yayımladığı videomüraciətdə deyib.
O, iyulun əvvəlinə qədər vəzifəsinin başına qayıtmağı planlaşdırdığını da qeyd edib.
Xatırladaq ki, mayın 15-də Qandlova şəhərində Slovakiya Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. O, aldığı 5 güllə yarasına görə 4 dəfə əməliyyat olunub.