Bu gün - fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçirilir.
Publika.az xəbər verir ki, seçkiyə start verilməsi ilə məntəqələrə insan axını başlayıb. 15 saylı Yasamal 1-ci seçki dairəsinin 15 saylı məntəqəsində də seçici aktivliyi müşahidə olunur.
Seçki komissiyasının sədri Adil Həsənov saytımıza bildirib ki, seçici siyahısında 1353 nəfər var:
“Səsverməni səhər saatlarında daha aktiv idi. Hazırda 700-dən çox vətəndaş səs var. Günorta yenə aktivlik olacağı gözlənilir. Heç biri qutu daşınmayıb. 27 nəfər qeydiyyatdan çıxma var. Hələ də aktivlik müşahidə olunur”.
Aysel Şahmar