Abşeron rayonunda 1991-ci il təvəllüdlü Əsəd tanışı Vüsaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə bu il martın 13-də baş verib.
Əsəd gecə saat 1 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Bakı-Sumqayıt şossesində yerləşən “Ağ Otel” istirahət kompleksinin 108 saylı otağında yüngül dərəcəli alkoqol sərxoşluğunda təzə tanış olduğu Vüsaləyə cinsi əlaqədə olması müqabilində vermiş olduğu 50 manat pulu geri almaq istəyib.
Vüsalənin buna etiraz etməsi səbəbindən mübahisə ediblər. Mübahisə əsnasında Əsəd Vüsalənin üzərinə hücum edib, boğaz nahiyəsindən tutaraq sıxıb. Daha sonra başını divara çırpıb. Zərbələrdən yerə yıxılan Vüsalənin baş və bədəninin müxtəlif yerlərinə zərbələr vurub.
İstintaq orqanı tərəfindən Ləmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2024-cü ildə “Teleqram” kanalında “Ləman” profili ilə qeydiyyatdan keçmiş, pul müqabilində cinsi əlaqədə olmağı təklif edən bir şəxslə tanış olub: “Yazışan zaman ona görüşməyi təklif etdim. O da görüş müqabilində 100 manat istədi. Bu məbləğdə pulum olmadığını bildirdim. Sonrakı gün yenidən ona yazıb, 50 manat müqabilində görüşüb, cinsi əlaqədə olmağı təklif etdim. O da mənimlə razılaşdı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Ləman profili ilə yazan qıza Masazır qəsəbəsindəki “Ağ otel” mehmanxanasında görüşməyi təklif edib: “50 manata 2 saat müddətində birlikdə olacağımıza dair razılığa gəldik. Təxminən saat 23:30-da “Ağ otel” kompleksinə gəldim. Yolda marketdən özüm üçün 2 ədəd “Go” spirtli içkisi aldım.
Otelin həyətində Ləman kimi təqdim edən qadınla görüşdüm. Qeydiyyatçıya yaxınlaşaraq şəxsiyyət vəsiqəmizi təqdim edib otaq sifariş elədik. Otağa daxil olduqda 50 manatı ona verdim. Yatağa girdikdən bir neçə dəqiqə sonra cinsi münasibətlərimiz başa çatmadı. Ləman yataqdan qalxıb gedəcəyini dedi. Buna görə ona iradımı bildirdim. 50 manat müqabilində 2 saat birlikdə olacağımızı ona xatırlatdım. Ləman mübahisə edərək istədiyi vaxt gedə biləcəyini söylədi, kobud danışmağa başladı. Bu sözdən sonra verdiyim 50 manat pulu geri istədim. Ləman təkrar mənimlə kobud danışanda əsəbləşdim. Özümü saxlaya bilmədim, onun sifət və baş nahiyəsinə əlimlə bir neçə zərbə vurdum”.
Əsədin bildirdiyinə görə, hadisə zamanı Ləman masanın üzərinə yıxılıb: “Sifətindən qan axdığını gördüm. Birlikdə otaqdan dəhlizə çıxdıq. Bir müddət sonra polis əməkdaşları gəldi və bizi Abşeron Rayon Polis İdarəsinə dəvət etdilər. Orada özünü Ləman adı ilə təqdim edən şəxsin Vüsalə olduğu aydınlaşdı.
Mübahisəmiz təxminən 3-5 dəqiqə davam etmişdi. Həmin vaxt otaqda yalnız ikimiz olmuşuq. Vüsalənin sifət və baş nahiyəsinə əl zərbələri ilə vurmuşam. Baş vermiş hadisə ilə bağlı barışmışıq Vüsalə məndən şikayəti olmayıb. Onu vurduğuma görə əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Vüsalənin sözlərinə görə, fərdi işlə, yəni ofisiant, qabyuyan, çörək sexində xadimə işləri ilə məşğul omaqla qazanc əldə edir: “Maddi vəziyyətim pis olduğu üçün bəzi vaxtlarda pul əvəzində tanımadığım şəxslərlə görüşərək cinsi əlaqədə oluram. “Teleqram” internet portalında “Ləman” adı ilə qeydiyyatdan keçmişəm. Orada virtual ünsiyyət saxlayaraq tanışlıq edirdim.
Həmin saytda özünü Əsəd adı ilə təqdim edən şəxs mənimlə tanış olmaq istədiyini, profildə qoyduğum şəkildən xoşu gəldiyini söylədi və yazmağa davam etdi. Ona 100 manat müqabilində görüşdüyümü bildirdim. Əsəd bu məbləğə imkanı olmadığını dediyi üçün görüş alınmadı”.
Zərərçəkmiş qeyd edib ki, növbəti günlərdə Əsəd yenidən ona mesaj yazıb, həmçinin “Teleqram” kanalında zəng edib: “Əsəd 50 manat pulu olduğunu və təkidlə görüşmək istədiyini bildirdı. Sonda təkliflə razılaşdım və görüş zaman yalnız bir dəfə cinsi əlaqədə olacağımı bildirdım. Əsədə Masazır qəsəbəsində yaşadığımı söylədim. Abşeron rayonu ərazisində yaşadığım yerə yaxın oteldə görüşməyi təklif etdim. Əsəd bu təklifimi qəbul etdi. “Ağ otel” kompleksində görüşməyə razılaşdıq”.
Vüsalənin sözlərinə görə, axşam saat 23 radələrində taksi ilə “Ağ otel” mehmanxanasına gəlib: “Otelin qarşısında Əsəd məni qarşıladı, otaq kirayələdi. Birlikdə 2-ci mərtəbədə “108” nömrəli otağa getdik. Əsəd otaqda “Go” spirtli içkisi içməyə başladı. Cinsi əlaqədə olmağa hazırlaşanda mənə 50 manat verdi və bir dəfə cinsi əlaqədə olduq.
Mən vanna otağından çıxanda Əsədin verdiyi 50 manat pulu götürdüyünü gördüm. Ona iradımı bildirdim. Razılaşmalarımıza əsasən, bir dəfə cinsi əlaqədə olduğumuzu xatırlatdım. O mübahisə etməyə başladı. Üzərimə gələrək əli ilə boğazımdan sıxdı, saçımdan tutaraq başımı dıvara çırpdı. Zərbənin təsirindən yerə yıxıldım. Başıma, bədənimin müxtəlif nahiyələrinə təpiklə vurdu. Burnumdan qan açıldı. Əsəd qanı görəndə geri çəkildi, otel otağından çıxdı”.
Zərərçəkmiş qeyd edib ki, Əsədin arxasınca o da otel otağından çıxıb: “Qeydiyyatçıya yaxınlaşaraq döyüldüyümü bildirdim. Məni Abşeron Rayon Polis İdarəsinə aparmasını xahiş etdim. Yolda Post Patrul Xidmətinin əməkdaşları ilə Abşeron Rayon Polis İdarəsinə getdim, ərizə ilə döyülməyimlə bağlı müraciət etdim”.
İş üzrə şahid qismində otelin qeydiyyatçısı da ifadə verib. O bildirib ki, Masazır qəsəbəsində yerləşən “Ağ otel” istirahət kompleksində qeydiyyatçı vəzifəsində işləyir:
“Hadisə günü, təxminən saat 23:30-da bir qadın və bir kişi mənə yaxınlaşaraq otaq sifariş verdilər. Bir neçə dəqiqə sonra otaqdan qışqırtı səsi eşitdim. Otağın daxili nömrəsinə zəng edəndə telefona cavab verən qadın “məni burda döyürlər” dedi. Otaqdan çıxan oğlanı girişdə saxladım. Onunla birlikdə olan qadın yaxınlaşaraq döyüldüynü söylədi. Bu barədə polisə məlumat verdiyimi bildirdim.
Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs tərəfindən döyülməsini görməmişəm. O, qızı döydüyünü etiraf etdi”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, təqsirləndirilən şəxsin ona dəymiş ziyanı ödəməsini nəzərə alıb.
Bu səbəbdən Əsədin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.