29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Gəlin qonaqlardan bu qədər pul tələb etdi, vermədilər: Toy ləğv edildi

13 fev 2024 08:00
GÜNDƏM
ads

Kanadada gəlin toy gələn hər bir qonaqdan 1500 Kanada dolları (1900 manat) tələb edib, qonaqlar bundan imtina edib və gəlin bu səbəbdən toy etməkdən imtina edib, üstəlik bəydən ayrılıb.

Publika.az xəbər verir ki, bu barədə "Unilad" məlumat yayıb.

Susan adlı qız yerli ekstrasensin məsləhəti ilə dəbdəbəli toy etmək qərarına gəldiyini bildirib. Cütlük toy mərasiminə təxminən 60 min Kanada dolları xərcləməyi planlaşdırıb. Xərcləri qarşılamaq üçün Ssusan qonaqların hər birindən toyda iştirak üçün 1500 Kanada dolları tələb edib. Lakin dostlarının və qohumlarının çoxu onun bu istəyini rədd edib.

Gəlin bu reaksiyaya qəzəblənib. Nəticədə sevgililər nəinki toyu ləğv ediblər, hətta ayrılmaq qərarına gəliblər. Susan sosial şəbəkədə ayrıldığını elan etsə də, sevdiklərindən pul tələb etdiyi üçün üzr istəməyib. O, bəzi qohumlarının və dostlarının ona daha böyük məbləğdə pul verdiyini bildirib.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur