Sırğa formalı eşitmə cihazı təqdim edilib.
Publika.az xəbər verir ki, cihaz Türkiyədə istehsal olunub.
İstanbulda keçirilən mətbuat konfransında çıxış edən istehsalçı şirkətin baş direktoru Mehmet Emin Ağaç məhsulun texnologiyasının TÜBİTAK tərəfindən dəstəkləndiyini bildirib.
Cihazın 5 illik araşdırmalar nəticəsində bazara çıxarıldığını bildirən Mehmet Emin Ağaç "Bu cihaz səsin uzaqlığı ilə bağlı məlumat verir. İstifadəçi səsin hansı məsafədən danışıldığını və onun öndən, yoxsa arxadan gəldiyini hiss edə bilər. Səsin əks-sədası müntəzəmdir. Qulaqcıq funksiyalarından istifadə edildiyi üçün səslər asanlıqla anlaşılır. Külək heç bir şəkildə eşitmə cihazının mikrofonuna təsir göstərmir. Bu, normal eşitmə aparatlarında ciddi problemdir, - deyə qeyd edib.
Mehmet Emin Ağac məhsulu sırğa kimi dizayn etməklərinin səbəbini də izah edib. Onun sözlərinə görə, insanlar eşitmə cihazı taxmağa utandıqları üçün bu qərara gəliblər.
Şirkətin baş direktoru məhsulun artıq 50-dən çox ölkədə satılmağa başlandığını diqqətə çatdırıb.