Evlənmək məqsədilə qaçırılan məktəbli ailəsinə təhvil verildi
Tovuz rayonunda evlənmək məqsədilə qaçırılan məktəbli ailəsinə təhvil verilib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı məlum olub ki, 10-cu sinif şagirdini kənd sakini Mətin Mustafayev evlənmək məqsədi ilə qaçırıb.
Məktəbli qız ailəsinə təhvil verilib, məsələnin nəzarətdə saxlanılması təmin olunub.
Faktla bağlı araşdırma davam etdirilir.