02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Ötən mövsüm varlanan klublar: Fantastik rəqəmlər, yeni rekordlar

25 yan 2024 09:00
İDMAN
ads

"Deloitte" beynəlxalq konsaltinq şirkəti 2022/23 mövsümünün nəticələrinə əsasən ən çox gəlir əldə edən Avropa klublarının reytinqini tərtib edib.

Publika.az xəbər verir ki, "Real" siyahının birinci pilləsində qərarlaşıb. Madrid klubu ötən il 831 milyon avro qazanıb.

İkinci yerdə Çempionlar Liqasının və Premyer Liqanın qalibi olan "Mançester Siti" qərarlaşıb. "Şəhərlilər"in gəlirləri 826 milyon avro təşkil edib. "İlk üçlüy"ü isə PSJ (802 milyon) qapayıb.

"İlk onluq"da “Barselona” (800,1 milyon), “Mançester Yunayted” (745,8), “Bavariya” (744), “Liverpul” (682,9), “Tottenhem” (631,5), “Çelsi” (589,4) və “Arsenal” (532,6) kimi klublar yer alıb.

Qeyd olunur ki, Avropanın ən yaxşı 20 klubunun gəlirləri 14% artaraq rekord həddə - 10,5 milyard avroya çatıb. Bura reklam və matç günü gəlirləri daxildir. Kommersiya gəlirləri 2015/16-cı ildən bəri ilk dəfə olaraq yayım gəlirlərini üstələyərək ən böyük qazanc mənbəyinə çevrilib.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur