ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messidən avtoqraf istəyən hakim cəzalandırılıb.
Qutb.az xəbər verir ki, hadisə Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyaları (CONCACAF) Çempionlar Liqasının oyunundan sonra baş verib.
38 yaşlı Marko Antonio Ortis Nava ABŞ-nin digər təmsilçisi "Sportinq Kanzas Siti" ilə matçın ardından Messiyə yaxınlaşıb və ondan avtoqraf istəyib.
O, 6 ay müddətinə diskvalifikasiya edilib.